Həmkarı Orbanın Ukrayna ilə bağlı qərarını dəstəkləyib

hemkari-orbanin-ukrayna-ile-bagli-qerarini-destekleyib
Oxunma sayı: 1748

Slovakiyanın Baş naziri Robert Fiço macar həmkarı Viktor Orbanın Ukraynaya yardımla bağlı qərara qoyduğu vetonu dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Burada söhbət 4 il müddətə Ukraynaya 50 milyard avro maliyyə yardımının ayrılmasından gedir.

Belə ki, Orban Fiço ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna üçün istənilən maliyyə aləti Avropa İttifaqı büdcəsindən ayrı olmalıdır: “Aİ büdcəsindən 4 il müddətə 50 milyard avronun verilməsi ittifaqın suverenliyinin və milli maraqlarının pozulmasıdır”.

Fiçonun sözlərinə görə isə, Slovakiya Macarıstanı dəstəkləyir və Orbanın Aİ büdcəsinin dəyişdirilməsi ilə bağlı narazılığı qanunidir: “Slovakiya rəhbərliyi Macarıstan Baş nazirinin irəli sürdüyü və sürəcəyi təklifləri dəstəkləyəcək”.

Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası 2024-2027-ci illər üçün Ukraynaya 50 milyard avro ayrılmasını təklif edib. Aİ ölkələrinin liderləri bu təşəbbüsü ötən il dekabrın 14-15-i keçirilən sammitdə nəzərdən keçirsələr də, Macarıstan qərara veto qoyub. Sözügedən məsələ Aİ-nin fevralın 1-i baş tutacaq sammitində müzakirə ediləcək. Lakin Orban bu məsələyə veto qoyacağını bildirib.