“Hər il bizim başımızı aldadırlar...”- - Yenilənib

her-il-bizim-basimizi-aldadirlar-
Oxunma sayı: 2899


Bu gün əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin müəllifi olduğu “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında bildirib ki,  Erməni diasporası topladığı vəsaitlə kef edir, millətinə qarşı isə cinayət edir:

“Özünü çox ağıllı hesab edən Ermənistan xalqı bu rejimi dəyişməsə, heç nə dəyişməyəcək. Çünki o rejim Azərbaycan xalqının qanı hesabına hakimiyyətə gəlub. Avropanın elə ölkəsi var ki, Azərbaycanı tanımır, lakin faciə ilə tanış olduqdan sonra etiraz səslərini qaldırıblar.Dünyanın əksər xalqları artıq bu faciəylə tanışdır və bir sıra ölkələrdə Xocalı abidələri ucaldılıb. Leyla Əliyevanın başlatdığı kampaniya nəticəsində indiyə qədər dünyanın 120 ölkəsində bu faciə qeyd edilib”.

Daha sonra Əli Həsənov moldovalı ombudsman Aureli Qriqoriunun ermənilərin üzünə dediyi "Xocalı faciəsini siz törətmisiz" sözlərini xatırladıb: 

"O xanım bir çoxlarından, elə bizim də bəzi kişilərdən daha cəsarətli çıxdı. Nəzərə alsaq ki, bizdən də ora gedənlər olmuşdu, lakin heç biri o ifadəni işlətməmişdi".

***

Əli Həsənov daha sonra qeyd edib ki, 2012-2013-cü illər ərzində elə təkcə Suriyada baş verənlər üzündən qaçqınların sayında 6 milyon artım olub:

"İndi bunlar demokratiya yaratdılar? Əfqanıstan, İraqı dağıtdılar indidə gəlib qonşuluğumuza çıxıblar.  Ukraynada baş verənlər və növbəti kim olacaq bilmirik. Deyirlər bulanıq suda balıq tutmaq asandır, ona görə də qəsddən suyu bulandırırlar. Erməni xalqı oyansa, başa düşsə ki, bu rejim dəyişməlidir o zaman Ermənistan və Azərbaycan qabaq-qabağa oturub problemlərini həll edə bilərlər. ATƏT-in Mins qrupunun üzvü deyirdi ki, 5 ay sonra insanlar öz torpaqlarına qayıdacaqlar, siz buna hazırsınız? Mən ona dedim ki siz hardan gəlmisiniz?

Növbəti dəfə bura səfər edəndə mənimlə görüşməyi unutma dedim. Lakin 8 ay sonra gəldi. ABŞ səfirliyinə müraciət etdim, lakin görüşmədi mənimlə. Hər il bizim başımızı aldadırlar. Problemin yeganə həlli prezidentin də qeyd etdiyi kimi xalqın rifahını yaxşılaşdırmaq, iqtisadiyyatı və ordunu gücləndirməkdir".

Səidə