Hərbçilərin maaşı artırıldı - Fərman

herbcilerin-maasi-artirildi
Oxunma sayı: 25056

Azərbaycan Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezidentin digər fərmanları ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da orta hesabla 20 faiz artırılıb.

Fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.