Hərbi Prokurorluqda Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.
Bu barədə “Qafqazinfo”ya Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hazırda ibtidai araşdırma intensiv davam etdirilir. Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.
Qeyd olunub ki, Azərbaycan Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.
Son xəbərlər
Son Xəbərlər