“Azıx mağarası Qafqazda və ümumilikdə, Avrasiyada ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Hazırda burada həm beynəlxalq, həm də yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam edir. Bu araşdırmaların Neandertalların və Homo Sapienslər barədə, onların bölgədə birgə və ya paralel yaşayış ehtimalı haqqında mühüm məlumatlar ortaya qoyacağı gözlənilir”, - deyə Hikmət Hacıyev qeyd edib.
Son xəbərlər
Son Xəbərlər