Hindistan Ermənistana 150 min qumbara satacaq - KİV

hindistan-ermenistana-150-min-qumbara-satacaq
Oxunma sayı: 1481

Hindistan Ermənistana 30 və 40 mm kalibrli qumbaralar göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Hindistanın “Indian Aerospace Defence News” portalı yayıb. 

Məlumata görə, “Munitions India Limited (MIL) ” şirkəti Ermənistana 150 min qumbara satacaq. Bildirilir ki, 2 ay əvvəl isə “MIL”  Ermənistana artıq 5 milyon 7,62 mm kalibrli patron göndərib. 

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatda Ermənistanın Hindistandan pilotsuz uçuş aparatlarına qarşı müdafiə vasitələri alacağı qeyd olunurdu.