“Qafqazinfo”nun məlumatına görə, Ayşvariya Ray 1973-cü ildə noyabrın 1-də Manqalorda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olub. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənib. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olub. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçməyib. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə alıb.
"Dünya gözəli" titulunu aldıqdan sonra Bollivudda onu diqqət mərkəzində saxlayıblar. Kinoda ilk rolu 1997-ci ildə "İruvar" filmində olmuşdur. "Yalançı aşiq" filminə görə isə ən yaxşı debutant kimi mükafat alıb. 2000-ci ildə "Əbədi səninlə" filmində ən yaxşı qadın roluna görə və 2001-ci ildə "Mükafata sevgi" filmində ən yaxşı aktrisa kimi mükafatlar alıb.
2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmi "Devdas" Kann kinofestivalında nümayiş olunub. Ayşvariya özü isə 2003-cü ildə həmin kinofestivalın jüri üzvü seçilmişdir. 2004-cü ilə ilk ingilisdili filmdə - "Gəlin və mövhumat" da çəkildikdən sonra Hollivud artıq onunla maraqlanmağa başlayıb. O, ilk Hind ulduzudur ki, onun mum fiquru məşhur Madam Tyusso muzeyini bəzəyir.
Bir neçə il Salman Xan ilə nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılır və bir müddət Londonda yaşamalı olur. Aktyor Vivek Oberoy ilə bir müddət görüşən Ayşvariya 2007-ci ilin aprelində Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə evlənir. Cütlüyün 2011-ci ildə qız övladları dünyaya gəlib.
Aynur Can
Son xəbərlər
Son Xəbərlər