Elmar Baxşıyev istefaya göndərildi - Ukraynalı ilə anlaşdılar+Yenilənib

elmar-baxsiyev-istefaya-gonderildi
Oxunma sayı: 1387

“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevi istefaya göndərib.

Bu barədə “Qafqazinfo”ya çalışdırıcının özü məlumat verib. 

O bildirib ki, komandadan ayrıldığı barədə gəzən söhbətlər doğrudur: “Yəqin ki, yaxın müddətdə açıqlayacaqlar”.

Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprel ayında “Araz-Naxçıvan”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Premyer Liqada 16 turdan sonra 26 xal toplayıb və 6-cı yerdədir.

***

Sportinfo.az-ın yaydığı məlumata görə, Elmar Baxşıyevlə vidalaşan “Araz-Naxçıvan” Andrey Demçenko ilə anlaşıb.

Muxtar Respublika təmsilçisi ukraynalı mütəxəssislə 1,5 illik müqavilə şərtlərini razılaşdırıb. O, yanvarın ilk günlərində rəsmən işə başlayacaq.