Hindistanda avtobus aşdı - 36 ölü, 19 yaralı

hindistanda-avtobus-asdi
Oxunma sayı: 1381

Hindistanda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kəşmir bölgəsində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu dağ yolunda 200 metr hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə 36 nəfər ölüb, 19 nəfər yaralanıb. 10 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın dəqiq səbəbi məlum deyil.