Hissin təqdimatında “Bolkart” - Foto

hissin-teqdimatinda-bolkart
Oxunma sayı: 1449

Ölkənin seçilən banklarından olan “Bank of Baku” “Bolkart” məhsulu üzrə yeni reklam kampaniyasını təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, bank tərəfindən kampaniyanın əsas siması olaraq özünəməxsus tərzi və mahnıları ilə sevilən müğənni Hiss seçilib.

Kampaniya çərçivəsində “Bolkart”ın həm debet, həm də kredit kartının özəlliklərini əks etdirən mahnı sözləri yazılıb və məxsusi musiqi bəstələnib. Hiss tərəfindən ifa edilən mahnıya maraqlı tərzdə video klip də çəkilib.

 

Video klipdə və kampaniya posterlərində diqqət çəkən məqamlardan biri Hissin “V” hərfini xatırladan jestidir. Bu simvolik hərəkət kampaniyanın əsas sloqanı olan “Bolkart var” mesajını vizual olaraq dəstəkləmək üçün düşünülüb.

Klipi buradan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=pVVzTb07jIo

Qeyd edək ki, hazırda “Bolkart” kredit kartında 30 000 AZN-dək limit, 24 ayadək taksit, 100% nağdlaşdırma və 60 gün güzəşt müddəti mövcuddur.

“Bolkart” debet kartı ilə alış-veriş edərkən hər yerdə 3% keşbek hesablanır, kateqoriyada isə seçim yoxdur. Eləcə də ölkədaxili kartlara komissiyasız pul köçürmə, kartdakı qalıq məbləğə illik 7%-dək gəlir imkanı da “Bolkart” debetdə var.