Hulusi Akar da koronavirusa yoluxdu

hulusi-akar-da-koronavirusa-yoluxdu
Oxunma sayı: 2104

Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında bildirilib.

“COVID-19 testim pozitiv çıxıb. Çox şükür səhhətim yaxşıdır. Lazımi tədbirləri görüb işlərimizə davam edirik” - H.Akar qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın da COVİD-19-a yoluxduğu açıqlanmışdı.