Hülya Avşar bu təklifi ilə gündəm oldu

hulya-avsar-bu-teklifi-ile-gundem-oldu
Oxunma sayı: 4836

Türkiyəli müğəni Hülya Avşar evlilik proseduru ilə bağlı verdiyi təkliflə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Avşar evliliklərin kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib.

“Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman tərəflər daha məsuliyyətli olar. 5 ilin sonunu həyəcanla gözləyərlər ki, görəsən yenidən mənimlə evlənmək istəyərmi?”.

60 yaşlı müğənninin bu fikri birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.