“İcazəli maşında icazəsi olmayan şəxslərin hərəkəti qanunsuzdur”

“İcazəli maşında icazəsi olmayan şəxslərin hərəkəti qanunsuzdur”
Oxunma sayı: 5754

“Hərəkətinə icazəsi olan şəxslər şəxsi avtomobillərindən istifadə edə bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov verib. Bildirib ki, şirkətlər əməkdaşlarını qeydiyyatdan keçirən zaman onların şəxsi avtomobillərini də qeyd edə bilirlər: 

“Burada əsas məsələ avtomobilin içərisindəki şəxsin qeydiyyatının olub-olmaması ilə bağlıdır. Əgər vətəndaş zəruri hər hansı bir məsələ üçün icazə alıb küçəyə çıxırsa, bu zaman avtomobilindən istifadə edə bilər. Burada əsas məsələ nəqliyyat vasitələrinin sıxlığını azaltmaq yox, insanlar arasındakı təması minimuma endirməkdir. Hər bir avtomobil yoxlanıla bilər.

Şirkətlərin qeydiyyatdan keçirilmiş avtomobillərində fəaliyyətinə icazə verilməmiş şəxslərin hərəkəti qanunsuzdur”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi