İçində qızıl əşyalar olan seyfi oğurlayanlar tutuıdu

icinde-qizil-esyalar-olan-seyfi-ogurlayanlar-tutuidu
Oxunma sayı: 800

Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Goranboy RPŞ-nin keçirdiyi tədbirlərlə oktyabr ayında quldurluğa görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb.

Araşdırmalar zamanı məlum oub ki, Ü. Məmmədov 2019-cu ilin oktyabr ayında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə cinayət əlaqəsinə girərək rayonun Qızılhacılı qəsəbə sakininin evinə qeyri-qanuni yolla daxil olaraq oradan içərisində  6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıb. Dindirilmə zamanı şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.