İçkilərin ixracı 3,3 dəfə artıb

ickilerin-ixraci-33-defe-artib
Oxunma sayı: 1659

Cari ilin ilk 9 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə artıb.

“Qafqazinfo” İqtisadi İslahatla Təhlili Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, qeyd olunan dövrdə elektrik enerjisi 2,7 dəfə, qara metallardan məmulatların ixracı 34,3 %, meyvə-tərəvəz ixracı isə 7,1% artıb.

Yanvar-sentyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4 % artaraq 641,2 milyon ABŞ dolları təşkil edib.