İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı

icra-bascisinin-muavini-erinin-bu-videosuna-gore-erize-yazdi
Oxunma sayı: 6876

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda icra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib.

Onun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib.

Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən sorğumuza belə cavab verildi: “Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləmiş Habil Eyvazov uzun müddətdir ki, bizimlə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq”.

Qeyd edək ki, bu barədə ilk Demokrat.az saytı məlumat yayıb.

Həmin videonu təqdim edirik: