İki ayda 278 əkiz doğulub

iki-ayda-278-ekiz-dogulub
Oxunma sayı: 510

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8389 doğulan körpə qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,5-dən 9,7-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,9 faiz olub.

Körpələrdən 278-i əkiz, 12-si üçəm doğulub.