İki nəfər intihar edib

iki-nefer-intihar-edib
Oxunma sayı: 2328

Binəqədi rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1945-ci il təvəllüdlü Boris Qurban oğlu Aslanov Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsindəki evin yataq otağında intihar edib. O, qapının tutacağından kəndirlə özünü asıb. 

Oxşar hadisə Goranboyda də baş verib. Goranboy şəhəri Nizami küçəsində yaşayan 1956-cı il təvəllüdlü Alim İsmayıl oğlu Əliyev həyatına qəsd edib. O, yaşadığı evin həyətindəki dəmir pilləkəndən özünü asaraq intihar edib.

Hər iki fakt üzrə araşdırma aparılır.