Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə Moldovada görüşəcək.
"Qafqazinfo" xəbər verir ki, bu barədə E. Makron İ. Əliyevə ünvanladığı təbrik məktubunda deyib.
O bildirib ki, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnun olacaq:
"Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq. Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Son xəbərlər
Son Xəbərlər