İlham Əliyev İtaliya xalqına başsağlığı verdi

ilham-eliyev-italiya-xalqina-bassagligi-verdi
Oxunma sayı: 4636

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

İtaliya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Ciorcio Napolitanonun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Ciorcio Napolitanonun Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”.