İlk dəfə Formula 1 çempionu oldu

ilk-defe-formula-1-cempionu-oldu
Oxunma sayı: 825

“McLaren” komandasının pilotu Lando Norris Formula 1 üzrə dünya çempionatının yeni qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, britaniyalı sürücü Abu Dabi Qran Prisində üçüncü yeri tutaraq çempionluğu rəsmiləşdirib.

Yarışda “Red Bull” pilotu Maks Ferstappen birinci, Norrisin komanda yoldaşı Oskar Piastri isə ikinci yeri tutub.

26 yaşlı Norris yeddi mövsüm sonra ilk dəfə dünya çempionluğunu qazanıb.