İlk dərs günü qəzada ölən azyaşlı qardaşların - Fotosu

ilk-ders-gunu-qezada-olen-azyasli-qardaslarin
Oxunma sayı: 10259

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar- Kürdəmir sərhədində Bakı şəhərinin Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Nəticədə, sürücünün oğulları Ucal Hüseynov (2011-ci il) və Firdovsi Hüseynov (2013-cü il)  hadisə yerində ölüblər.

“Qafqazinfo” xəbər verir ki, qəzanın qurbanı olan azyaşlı qardaşların fotosu sosial şəbəkədə yayılıb.

6 yaşlı Ucalın dünən ilk dəfə məktəbə getdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.