“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.
Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.
***
“Bakı Metropoliteni” QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib.
Pravda.az G.Həbiblinin özü ilə əlaqə saxlayıb. G.Həbibli yayılan xəbəri təkzib edərək, telefondan istifadə etməsinin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışmasının onun işdən çıxmağına səbəb olmadığını bildirib:
“Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”.
O, qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun: “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”, - açıqlaması ilə də razılaşmayıb.
“Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o... Nə deyim?” - cavabını verib.
Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.
Son xəbərlər
Son Xəbərlər