İmamoğlundan qələbə çıxışı - Video

imamoglundan-qelebe-cixisi
Oxunma sayı: 5156

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində təkrar bələdiyyə seçkiləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, seçkilər bitdikdən sonra namizədlərdən biri – CHP lideri Əkrəm İmamoğlu ilk açıqlamasını verib.

O, seçkilərdə əməyi keçən hər kəsə təşəkkür edib:

“Seçkilərin keçirilməsində iştirak edən hər kəsə minnətdarlığımı bildirirəm. Bu an hamının ürəyini, əməyini yanımda hiss edirəm. Onlar bugünkü xidmətlərini hər an gözəl an kimi xatırlayacaqlar”.