İnsanları 5 ilə Aya apara biləcəyini açıqladı

insanlari-5-ile-aya-apara-bileceyini-aciqladi
Oxunma sayı: 1309

Amerikalı sahibkar, “SpaceX”ın təsisçisi İlon Mask şirkətinin beş il ərzində insanları Aya apara biləcəyini hesab edir.

“Qafqazinfo” xəbər verir ki, Mask bu barədə dünyanın nəhəng şirkətlərinin rəhbərlərindən müsahibələr alan sahibkar Nikolay Tangenlə söhbətində danışıb.

Onun sözlərinə görə, 5 il ərzində Marsa eniş edəcək ilk “Starship”də insan olmayacaq: “Düşünürəm ki, 5 il ərzində insanları Aya apara biləcəyik. Marsa isə ilk insanları təqribən 7-9 il ərzində çatdıra biləcəyimizi zənn edirəm”.