iPhone 7 təqdim olundu - Qiyməti 649 dollardan başlayır + Fotolar

iphone-7-teqdim-olundu
Oxunma sayı: 10204

“Apple” koporasiyasının rəhbəri Tim Kuk Kaliforniya ştatının San-Fransisko şəhərində iPhone 7 və iPhone 7 Plus modellərinin təqdimatını keçirib.

Qafqazinfo”nun “RBC”ya istinadən verdiyi məlumata görə, yeni smartfonların şüşə və alminiumdan dairəvi korpusu var.

Yeni model iPhone 6-dan fərqli dizaynda, Sony və Samsumg markaları kimi suya və toza davamlıdır.

Hər iki smartfonun kamerası 12 meqapikselli sensora, 32, 128 və 256 QB yaddaş güclərinə malikdir.

Bu model 4K formatında saniyədə 60 kadr tezliyi ilə video çəkə biləcək ilk smartfon olacaq.

Yeni smartfonlar qızılı, boz, çəhrayı, qara və parlaq qara rənglərindədir.

Qeyd olunur ki, iPhone 7-nin satış qiyməti dünya bazarında 649 dollardan başlayacaq. Satışlar sentyabrın 16-da dünyanın 28 ölkəsində, bir həftə sonra isə 30 ölkədə həyata keçəcək.