İradə Gülməmmədova şəhid övladları ilə görüşdü - Fotolar

irade-gulmemmedova-sehid-ovladlari-ile-gorusdu
Oxunma sayı: 1665

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhid övladları ilə görüşüb.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, RİH başçısı “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadullayeviç və şəhid Xəlilov Ruhin Müzəffər oğlunun evinə gedərək onların ailə üzvləri, eləcə də, övladları ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

Şəhid övladlarını sevindirən başçı Azərbaycanın gələcəyini – gül balaları qorumağın hamımızın borcu olduğunu qeyd edib.

Ölkəmizdə uşaq hüquqlarının yüksək səviyyədə qorunduğunu qeyd edən RİH başçısı Abşeron rayonunda fidanlarımızın həm təhsil sahəsi üzrə, həm də asudə vaxtlarının keçirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.