İrana qarşı yeni sanksiyalar tətbiq edəcəklər

irana-qarsi-yeni-sanksiyalar-tetbiq-edecekler
Oxunma sayı: 1227

Ağ Ev Tehranın İsrailə hücumu fonunda yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb.

“Sanksiyalar baxımından yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyimizi gözləyirəm. Tətbiq etmək niyyətində olduğumuz sanksiyalar barədə əvvəlcədən danışmırıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, aprelin 13-də axşam İran aprelin əvvəlində ölkənin Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə onlarla pilotsuz uçuş aparatı və raketlərlə zərbə endirib. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.