İranda 388 nəfər koronavirusa yoluxub, 34-ü ölüb

iranda-388-nefer-koronavirusa-yoluxub-34-u-olub
Oxunma sayı: 1192

İranda bir gündə Covid-19 virusuna yoluxanların sayı 176 nəfər artaraq 388-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Koronavirusa yoluxma nəticəsində həyatını itirənlərin sayı isə 8 nəfər artaraq 34-ə çatıb. 

Xatırladaq ki, bu yaxınlarda İranda Qadın və Ailə Məsələləri üzrə Vitse-prezident Məsumə İbtikar, Səhiyyə nazirinin müavini İrəç Hərirçi və daha iki millət vəkilinin də koronavirusa yoluxduğu məlum olmuşdu.

Orxan Məmməd