İranda çərşənbələrdə 26 nəfər öldü, minlərlə yaralı var - Yenilənib

iranda-cersenbelerde-26-nefer-oldu-minlerle-yarali-var
Oxunma sayı: 5094

İranda ilaxır çərşənbələri ilə əlaqədar baş verən hadisələrdə 14 nəfər ölüb, 2100 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə çərşənbə şənlikləri üçün hazırlanan alışqan maddələrin partlaması nəticəsində baş verib.

Belə ki, 7 nəfər Təbrizdə, 6 nəfər Tehranda, 1 nəfər Urmiyada, 1 nəfər Həmədanda və 1 nəfər isə Qəzvində ölüb.

***

İranın fövqəladə hallar xidmətinin yaydığı məlumata görə, Novruz çərşənbələri ilə bağlı mərasimlərdə ölənlərin sayı artıb.

Bildirilib ki, ölənlərin sayı 26-ya çatıb. Şənliklərdə yaralananların sayı isə 4360-ı keçib.