İranda terror aktı törədildi - Ölənlər var-Video

iranda-terror-akti-toredildi
Oxunma sayı: 9485

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Terror aktı nəticəsində 4 nəfər ölüb.

Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir.

***

İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.