İranın Mazandaran əyalətində 4,7 maqnitudalı zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:58-də (Bakı vaxtı ilə 22:28) 255 minə yaxın əhalisi olan Sari şəhərindən 15 kilometr məsafədə, Xəzər dənizinin cənub sahilində qeydə alınıb.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.