“İranə Əhmədova ciddi cəzalandırılacaq” - Nazirlikdən açıqlama

“İranə Əhmədova ciddi cəzalandırılacaq”
Oxunma sayı: 13195

İyunun 26-da Sosial  şəbəkələrdə  avtomobil  idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. DİN-dən həmin görüntülər araşdırılıb və məlum olub ki, sürücü və videonu çəkib paylaşan şəxs İranə Əhmədova adlı poçt işçisidir.  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə,  avtomobili  idarə edən  şəxs həqiqətən də  “Azərpoçt” MMC-nin  Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı  Poçt Şöbəsinin əməkdaşı İranə Əhmədovadır.  Poçtun əməkdaşı tərəfindən çəkilib, paylaşılan video iş vaxtı qeydə alınmayıb. 

O da qeyd olunub ki, “Azərpoçt” MMC-nin əməkdaşı iş vaxtı olmamasına baxmayaraq, paytaxtda tətbiq olunan karantin rejimini kobud şəkildə pozduğuna və bunu ictimailəşdirərək cəmiyyət arasında yanlış fikir formalaşdırdığına görə, ciddi cəzalandırılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi