İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi - Ölənlər artdı + Yenilənib

iranin-demesqdeki-konsulluguna-hava-zerbesi
Oxunma sayı: 5364

“Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binası İsrail Silahlı Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində tamamilə dağılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Əl-Aləm telekanalı diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, İran səfiri Hüseyn Əkbəri və ailəsi hücum zamanı xəsarət almasa da, bina tamamilə dağılıb.

Suriya Ərəb Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Feysal Əl-Miqdad və Dəməşq qubernatoru Məhəmməd Tariq Krişati hadisə yerinə gəliblər.

İranın “Tasnim” xəbər agentliyi zərbə nəticəsində 5 nəfərin öldüyünü bildirsə də, Suriyanın “SANA” dövlət xəbər agentliyi yalnız dəqiqləşdirilməmiş sayda insanın öldüyünü və ya yaralandığını bildirir.

***

Hadisə nəticəsində ölənlərin sayı artıb.

“Al Hadath” telekanalının yaydığı məlumata görə, hücumda 11 nəfər həlak olub.

Ölənlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 nümayəndəsi var.