“İranın İsrailə cavabı sərt olacaq”

iranin-israile-cavabi-sert-olacaq
Oxunma sayı: 3682

“Tehran İsrailin Dəməşqə raket hücumuna sərt cavab verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Mehrnews”a açıqlamasında İranın Suriyadakı səfiri Hüseyn Əkbəri deyib. 

“İsrail bu gün İrana qarşı cinayət törədib. Bir neçə iranlı müşavir binada olub və şəhid olublar. Bu hərəkət bizim qəti cavabımızla nəticələnəcək. İndiyədək dağıntıların təmizlənməsi başa çatmayıb və 5-7 nəfər həlak olub. Dəqiq statistika daha sonra açıqlanacaq. İki polisimiz şəhid olub. Hazırda adları açıqlaya bilmərik”, - deyə Əkbəri qeyd edib.