“İraq və Suriyadakı vəziyyəti diqqətlə izləyirik”

iraq-ve-suriyadaki-veziyyeti-diqqetle-izleyirik
Oxunma sayı: 1129

“Rusiya İraq və Suriyadakı vəziyyəti diqqətlə izləyir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, həmin bölgələrdə əməliyyatların keçirilməsi bu ölkələrin hökumətləri ilə razılaşdırılmalıdır. 

Xatırladaq ki, İran İraq və Suriya ərazisində yerləşən obyektlərə hücum edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasına görə, zərbələr İraqda Mossada məxsus casus obyektlərinə endirilib. Həmin obyektlər isə Ərbil şəhərində ABŞ konsulluğunun və hərbi bazasının yaxınlığında yerləşir. Bununla yanaşı Suriyada İŞİD döyüşçülərinə məxsus mövqelərə zərbələr endirildiyi bildirilib. SEPAH qeyd edib ki, zərbələr İranda son zamanlar baş verən terror aktlarına cavab olaraq vurulub.