İşdən çıxarılan İsmayıl İsmayılovun oğlunun biznes şəbəkəsi - Siyahı

isden-cixarilan-ismayil-ismayilovun-oglunun-biznes-sebekesi
Oxunma sayı: 14248

Gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılovun oğlu Elvin İsmayılov böyük biznes şəbəkəsini idarə edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

O bildirib ki, Elvin ismayılov əvvəllər “Qəbələ Atçılıq klubu” MMC-yə rəhbərlik edib:

“Hazırda “Gilan Holdinq”ə daxil olan "Gilan İnşaat" MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, "Qəbələ Sport Store" MMC-yə rəhbərlik edir. "Qəbələ Sport Store" idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb.

Həmçinin oxuyun: Elçin Quliyevi qorumaq istəyən Rövşən Cahangirov cəzalandırıldı

İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət "Core Construction" (keçmiş “Gilan Construction Group”) MMC-dir. 

Fotoda Elvin İsmayılov

Qeyd edək ki, 29 noyabrda Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Sabiq nazir müavini işdən azad ediləndən bir gün sonra verdiyi açıqlama ilə gündəm olmuşdu. Bildirmişdi ki, sözügedən sərəncam onun üçün gözlənilməz olub:

“Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum. Bundan böyük nə ola bilər? Əbədi heç nə yoxdur. Bu gün mən deyərdim ki, ölkədə bütün inkişaf onun sayəsində gedir. Son 300 ildə bizim torpaqlarımız alına-alına gedirdisə, bu gün onun sayəsində işğal olunan ərazilərimiz düşmən tapdağından azad olunub. Allah Prezidentimizi qorusun”.