“Qafqazinfo” Türiyə KİV-nə istinadən xəbər verir ki, İŞİD-in öz üzvlərini öldürməsinə səbəb isə son zamanlar təşkilat daxilində müsəlmanlara qarşı törədilən cinayətlərə etirazların baş qaldırması olub. Məlumatda qeyd edilir ki, təşkilat həmin etirazları yatırmaq üçün saxta məhkəmələr təşkil edərək “xarici” damğası ilə öz üzvlərini edam etdirir.
Türkiyə mətbuatı öldürülənlər arasında Sirac adlı azərbaycanlı komandirin də olduğunu yazıb. Sumqayıt şəhərindən olan Sirac adlı şəxsin uzun müddət Əfqanıstanda yaşadığı, daha sonra Suriyaya gedərək İŞİD-ə qatıldığı deyilir.
Son xəbərlər
Son Xəbərlər