İspaniya Kralı VI Filip və kraliça Letisiyanın Barselonada keçirilən “Planet 2024” mükafatlandırma mərasimində iştirakı zamanı maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə kral, kraliça və digər qonaqlar təmtəraqlı şam yeməyində iştirak ediblər. Bu zaman VI Filip tortu kəsmək istəyən xanımının əlinə vuraraq ona mane olub.
İspan jurnalist Serxio Fanjul hadisəyə aydınlıq gətirib. O, sözügedən tortun kartondan hazırlandığını və süfrəyə yalnız dekorativ məqsədlə qoyulduğunu bildirib.
Beləliklə, Kralın bu hərəkəti xanımının ornamenti sındırmasının qarşısını almaq məqsədi daşıyıb.
Görüntüləri təqdim edirik: