İspaniya Superkubokunun ilk finalçısı bəlli oldu

ispaniya-superkubokunun-ilk-finalcisi-belli-oldu
Oxunma sayı: 4117

İspaniya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalda “Atletik” (Bilbao) və “Barselona” komandaları qarşılaşıb. 

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Qavi (17) və Lamin Yamal (53) vurublar. Bununla da “Barselona” adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər görüşündə “Real Madrid” ilə “Malyorka” üz-üzə gələcək. Finalı matçı isə yanvarın 12-də baş tutacaq.