Qeyri-etik jest edən “Sabah”ın məşqçisi ağır cəzalandırıldı

qeyri-etik-jest-eden-sabahin-mesqcisi-agir-cezalandirildi
Oxunma sayı: 1637

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”la 3:3 bitən qarşılaşmanın sonlarında rəqib skamyaya qeyri-etik jest edən “Sabah”ın məşqçisi Valerio Zuddası cəzalandırıb. 

“Qafqazinfo” xəbər verir ki, komitə italiyalı çalışdırıcıya 7 oyunluq cəza verib. 

“Sabah” klubu isə məşqçisinə görə 15 min manat cərimə ödəyəcək.