“Qarabağ” braziliyalı müdafiəçini istəyir

qarabag-braziliyali-mudafiecini-isteyir
Oxunma sayı: 758

“Qarabağ” heyətini yeni legionerlə gücləndirmək istəyir.

“Qafqazinfo” “pe90minutos”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Braziliyanın “Sport Resife” klubunun müdafiəçisi Marselo Ajulla ilə yaxından maraqlanır.

Azərbaycan çempionu 23 yaşlı futbolçunun keçidini həll etmək üçün Braziliya B seriyasında mübarizə aparan klubla danışıqlara da start verib.

Marselo üçün rəsmi təklifin göndərildiyi iddia olunur. Amma “Qarabağ”ın ilk təklifi “Sport Resife”ni razı salmayıb. Mərkəz müdafiəçisinin hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.

Onun transfer qiyməti 100 min avro kimi qiymətləndirilir. Ajul indiyə qədər “Sport Resife”dən savayı Avropada “Dubrava”(Xorvatiya) klubunda oynayıb.