Mədəkiçiltmə əməliyyatından sonra bədənşəkilləndirmə də etdirəcək - Video

medekiciltme-emeliyyatindan-sonra-bedensekillendirme-de-etdirecek
Oxunma sayı: 1662

Əməkdar artist Mətanət İsgəndərli yenidən əməliyyat olunacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb. 

63 yaşlı ifaçı hazırda pəhrizdə olduğunu bildirib.

“Mədəkiçiltmə əməliyyatından sonra bir qədər çəki almışdım. Baxdım ki, kökəlirəm, ona görə həkim məsləhəti ilə diyeta saxlayıram. 5 kiloqram da arıqlasam, bəs edəcək. Məhərrəmlik ayında isə bədənşəkilləndirmə əməliyyatına gedəcəyəm. Amma hələ də bilmirəm. Bəlkə getdim, bəlkə də getmədim”, - müğənni əlavə edib.