“Külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq”

kulek-ve-gunes-enerji-stansiyalarina-boyuk-sermaye-yatiririq
Oxunma sayı: 356

“Biz sizin (Antonio Koşta – red.) səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə verəcək. Onlar uğurla inkişaf edir, xüsusilə son dövrlərdə. Bizim çox fəal dialoqumuz var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, biz əməkdaşlığımızın çox fəal mərhələsindəyik.

“Bizim enerji tərəfdaşlığımızın, əməkdaşlığımızın digər bir sahəsi bərpaolunan enerjidir. Burada böyük potensial var. Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq”, - Prezident əlavə edib.