İsrail 3 gündür yanğını söndürə bilmir - Fələstindən yardım təklifi

israil-3-gundur-yangini-sondure-bilmir
Oxunma sayı: 1745

Artıq üç gündür İsraildə davam edən meşə yanğınları nəzarətdən çıxmağa başlayıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qüds daxil olmaqla 13 bölgədə qeydə alınan yanğınlar güclü küləyin təsiri ilə sürətlə yayılmağa başlayıb. Məlumata görə, təkcə Hayfa şəhərində 75 min insan yaşayış yerindən təxliyyə edilib.

Ölkədə yaranan fövqəladə vəziyyətlə əlaqədar Baş nazir Benjamin Netanyahu Azərbaycan, Rusiya, Türkiyə, Yunanıstan və İtaliya da olmaqla 8 ölkədən kömək istəyib. İsrailin yardım istədiyi ölkələr artıq lazımı qurğuları göndəriblər.

Baş nazir “İsraili yandırmağa çalışan hər kimdirsə, ən ciddi şəkildə cəzalandırılacaq” sözlərini işlədib.

Digər tərəfdən, sosial şəbəkələrdə bəzi fələstinli və İsrailə qarşı olan istifadəçilər yanğını #israelisburning (#israilyanır) haştagı ilə paylaşaraq sevinclərini ifadə ediblər. Netanyahu isə Fələstin hökumətinin də yardım təklif edən ölkələr sırasında olduğunu açıqlayıb.

Aysel Kərimova