İsrail ABŞ-yə nümayəndə heyəti göndərəcək

israil-abs-ye-numayende-heyeti-gonderecek
Oxunma sayı: 777

İsrailin Baş naziri Benyamin Netanyahu Amerika lideri Co Baydenin Rəfahda hərbi əməliyyat planlarını müzakirə etmək üçün ABŞ-yə nümayəndə heyəti göndərmək təklifini qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O qeyd edib ki, Bayden Netanyahudan Rəfahdakı vəziyyəti müzakirə etmək üçün Vaşinqtona qurumlararası qrup göndərməyi, həmçinin böyük quru əməliyyatı olmadan alternativ yanaşma planlaşdırmağı xahiş edib.