İsrail-HƏMAS müharibəsi ilə bağlı qətnamə qəbul edildi

israil-hemas-muharibesi-ile-bagli-qetname-qebul-edildi
Oxunma sayı: 4255

BMT Baş Assambleyası ərəb ölkələrinin irəli sürdüyü İsrail və Fələstin arasında müharibə zonasında dərhal atəşkəsə çağıran qətnaməni qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, 120 ölkə qətnamənin lehinə səs verib, 4-ü bitərəf qalıb, 14-ü isə əleyhinə çıxıb.

Fələstin-HƏMAS müharibəsinin kəskinləşməsi ilə bağlı BMT Baş Assambleyasının qətnaməsi İordaniyanın təqdimatı ilə 40 ölkə tərəfindən hazırlanıb. Qətnamə zorakılığı pisləyir, həmçinin münaqişə tərəflərini son nəticədə hərbi əməliyyatların dayandırılmasına səbəb olacaq təcili humanitar atəşkəs təşkil etməyə çağırır. Bundan əlavə, qətnamədə girovların azad edilməsi çağırışı da yer alıb.