İsrail küçələri Trampın gəlişinə hazırlaşır - Video

israil-kuceleri-trampin-gelisine-hazirlasir
Oxunma sayı: 1670

Amerika Prezidenti Donald Trampın gəlişi ərəfəsində İsraildə ABŞ bayraqları dalğalanır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “RT” yayıb.

Məlumata görə, Tramp israilli girovları oktyabrın 12 və ya 13-də HƏMAS hərəkatı tərəfindən əsirlikdən azad edildikdən sonra şəxsən salamlamağı planlaşdırır.

Amerika lideri həmçinin İsrail Knessetində (parlamentdə) çıxış etməyi düşünür.

Qeyd edək ki, oktyabrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Jared Kuşner (Trampın kürəkəni) ilə Qəzza zolağının nizamlanması məsələsini müzakirə etmək üçün görüşüb.