İsrail Livanın cənubuna hava hücumu etdi

israil-livanin-cenubuna-hava-hucumu-etdi
Oxunma sayı: 2782

İsrail ordusu Livanın cənubunda Hizbullah hərəkatına aid hədəflərə hava hücumu təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrail ordusu (ÇAXAL) açıqlayıb.

Açıqlamada, döyüş təyyarələrinin Livanın cənubundakı Teyr Harfa, Alma əş-Şaab və Yarin qəsəbələrinə hava hücumu təşkil etdiyi bildirilib.

Məlumatda Hizbullahın qəsəbələrdəki hədəflərinin vurulduğu bildirilib.