“İsrail planlarını ABŞ ilə bölüşməyib”

israil-planlarini-abs-ile-bolusmeyib
Oxunma sayı: 1233

“İsrail İranın zərbələrinə ölkənin necə cavab verməyi planlaşdırdığına dair planlarını ABŞ ilə bölüşməyib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Qeyd edək ki, İran aprelin 14-nə keçən gecə İsrailə hava hücumu edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hədəflərə raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxıldığını təsdiqləyib.